Somalinin Hirşabelle əyalətində ordu birlikləri ilə “əş-Şəbab” silahlıları arasında baş verən qarşıdurmada 70 silahlı zərərsizləşdirilib.
APA xəbər verir ki, bu haqda Somali İnformasiya Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, son 48 saat ərzində Hirshabelle əyalətinin bölgələrində “əş-Şəbab” qruplaşmasına qarşı genişmiqyaslı əməliyyatlar aparılıb.
Əməliyyatlar nəticəsində qruplaşmanın 70 üzvünün öldürüldüyü bildirilib.