EN

Somalidə baş verən qarşıdurmalarda 70 “əş-Şəbab” üzvü öldürülüb

Somalinin Hirşabelle əyalətində ordu birlikləri ilə “əş-Şəbab” silahlıları arasında baş verən qarşıdurmada 70 silahlı zərərsizləşdirilib.

APA xəbər verir ki, bu haqda Somali İnformasiya Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, son 48 saat ərzində Hirshabelle əyalətinin bölgələrində “əş-Şəbab” qruplaşmasına qarşı genişmiqyaslı əməliyyatlar aparılıb.

Əməliyyatlar nəticəsində qruplaşmanın 70 üzvünün öldürüldüyü bildirilib.

Chosen
0
apa.az

1Sources