Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən "Hövsan bağları" adlanan ərazidə narahatlıq artmaqdadır. Pravda.az XəzərTV-yə istinadən məlumat verir ki, Samur-Abşeron kanalının bəzi hissələri təmizlənmir, antisanitariya hökm sürür. Nəticədə isə kanal daşır, evlərin ətrafını su basır.
Hövsan sakini iddia edir ki, kanalın bəzi hissələri təmizlənsə də, onların evinə yaxın ərazi təmizlənməyib. Xüsusən də yağış yağan kimi kanalın daşaraq ətrafı basdığı iddia olunur.
Məsələ ilə bağlı aidiyyəti qurumlara xəbər verildiyi, lakin tədbir görülmədiyi deyilir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, müvafiq sukanal idarəsinin əməkdaşları ərazidə olublar, vəziyyətin səbəblərinə aydınlıq gətirilib.