AZ

Hövsanda su kanalı daşır, ərazidə antisanitariya hökm sürürVİDEO

Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən “Hövsan bağları” adlanan ərazidə narahatlıq artmaqdadır.

Sakinlər iddia edirlər ki, Samur-Abşeron kanalının bəzi hissələri təmizlənmir, antisanitariya hökm sürür. Nəticədə isə kanal daşır, evlərin ətrafını su basır.

Xezerxeber.az-ın məlumatına görə, Hövsan sakini iddia edir ki, kanalın bəzi hissələri təmizlənsə də, onıarın evinə yaxın ərazi təmizlənməyib.

Xüsusilə yağış yağan kimi kanalın daşaraq ətrafı basdığı iddia olunur.

Məsələ ilə bağlı aidiyyəti qurumlara xəbər verildiyi, lakin tədbir görülmədiyi deyilir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər”ə bildirildi ki, müvafiq sukanal idarəsinin əməkdaşları ərazidə olublar, vəziyyətin səbəblərinə aydınlıq gətirilir.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir. 

Seçilən
0
1
xezerxeber.az

2Mənbələr