AZ

İranlılarla gələn həftə görüşəcəyik - Uitkoff

ABŞ və İran nümayəndələri gələn həftə Avropada görüşəcəklər.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff ABC televiziyasına müsahibəsində deyib.

O, hesab edir ki, ABŞ-nin İranla danışıqlarda öz məqsədlərinə çatması üçün bir çox yollar var.

"Düşünürük ki, bu həftə Avropada görüş keçirəcəyik. Ümid edirik ki, bu, müəyyən müsbət (nəticələr) gətirəcək", - Uitkoff deyib.

Seçilən
0
2
axar.az

10Mənbələr