ABŞ və İran gələn həftə Avropada müzakirəçilərin görüşünü keçirməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff ABC telekanalında bildirib.
Vitkoff görüşün məhsuldar olacağına ümid etdiyini bildirib və qeyd edib ki, ABŞ-ın İranla danışıqlarda öz məqsədlərinə nail olmaq üçün bir çox yolu var.
Bundan əvvəl İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Abbas Əraqçi bəyan etmişdi ki, İran və ABŞ arasında nüvə məsələsi üzrə danışıqların beşinci raundunun vaxtı müəyyənləşib.
Mayın 11-də Omanın Maskat şəhərində İran və ABŞ arasında dolayı danışıqların dördüncü raundu keçirilib. Görüşün ardınca İslam Respublikasının Xarici İşlər Nazirliyi tərəflərin nüvə məsələsində mövqelərinin yaxınlaşdığını açıqlayıb .