Fransanın "Lion" klubu futbolçusu Rayan Şerki ilə vidalaşacaq.
"Report" "L'Equipe"yə istinadən xəbər verir ki, bu barədə futbolçu özü açıqlamasında söyləyib.
"Lion" klubuna verdiyim faydaya görə fəxr edirəm. Gələcəkdə hansı klubda çıxış edəcəyimi bilmirəm. "Anje" klubuna qarşı oynadığım matç sonuncu idi", – o bildirib.
Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi "Lion"un yetirməsidir və 2019-cu ildən əsas komandanın şərəfini qoruyur.