Mussa Dembele futbol klubu alıb. Səudiyyə Ərəbistanında çıxış edən futbolçu bu əməliyyatı Litvada reallaşdırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. O, Dembelenin “Minija”nın sahibi olduğunu bildirib. 28 yaşlı fransalı Litva klubuna “Triple M” sərmayə şirkəti vasitəsilə sahib çıxıb. Qeyd edək ki, “Minija” Litva çempionatının 1-ci liqasında 6 turundan sonra 6 xalla 12-ci yeri tutur.
Mussa 2023-cü ildən “Əl-İttifaq”da çıxış edir. Onun karyerasının əvvəlki illərində “Fulhem”, “Seltik”, “Lion” və “Atletiko”da keçirdiyini də bildirək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta