AZ

Tramp: “Putin artıq Ukrayna münaqişəsindən yorulub”

“Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsindən yorulub”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.

“O çox da yaxşı görünmür, amma yaxşı görünmək istəyir”, – deyə amerikalı lider əlavə edib.
Trampın sözlərinə görə, o da artıq Ukraynadakı vəziyyəti nizamlamağa yönəlmiş cəhdlərdən bezib və ümid edir ki, bu vəziyyət tezliklə başa çatacaq:

“Bütün bunlar bir həftə ərzində bitməli idi. Əgər o (Putin) tankları ilə palçığa ilişib qalmayacaqdısa, artıq Kiyevdə olardılar”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Donald Tramp həmçinin bildirib ki, Ukrayna üzrə razılaşma əldə etmək onun iştirakı olmadan mümkün deyil.

Bizim.Media

Seçilən
0
50
bizim.media

10Mənbələr