AZ

ABŞ ilin sonuna qədər Avropadakı qoşunlarının azaldılması ilə bağlı danışıqlara başlayacaq

ABŞ administrasiyası avropalı müttəfiqləri ilə 2025-ci ilin sonunda ABŞ qoşunlarının Avropadan qismən çıxarılması məsələsini müzakirə etməyə başlayacaq.

APA xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib.

"Biz bununla bağlı müzakirələrə başlayacağıq. Təbii ki, bu NATO sammitindən sonra, bu ilin sonunda olacaq. Bütün müttəfiqlərimiz danışmağa hazırdır", - Uitaker bildirib.

Onun sözlərinə görə, ABŞ qoşunların çıxarılmasının istənilən formatının təhlükəsizlik vəziyyətini pisləşdirməyəcəyinə təminat vermək istəyir.

O həmçinin ABŞ-ın NATO-da qalmaq niyyətində olduğunu deyib.

Seçilən
0
50
apa.az

10Mənbələr