ABŞ administrasiyası avropalı müttəfiqləri ilə 2025-ci ilin sonunda ABŞ qoşunlarının Avropadan qismən çıxarılması məsələsini müzakirə etməyə başlayacaq.
APA xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib.
"Biz bununla bağlı müzakirələrə başlayacağıq. Təbii ki, bu NATO sammitindən sonra, bu ilin sonunda olacaq. Bütün müttəfiqlərimiz danışmağa hazırdır", - Uitaker bildirib.
Onun sözlərinə görə, ABŞ qoşunların çıxarılmasının istənilən formatının təhlükəsizlik vəziyyətini pisləşdirməyəcəyinə təminat vermək istəyir.
O həmçinin ABŞ-ın NATO-da qalmaq niyyətində olduğunu deyib.