AZ

Hindistanda Azərbaycana qarşı açıq qisas kampaniyası başladı...


Xalid Kərimli: “Hindistandan turist axını dayanarsa, bu, müəyyən qədər iqtisadiyyatımıza təsir edər, çünki…”

Son günlər Hindistanda Azərbaycana qarşı kütləvi boykot kampaniyası başladılıb. Buna səbəb kimi Azərbaycanın Pakistana verdiyi siyasi dəstək göstərilir. Hindistan rəsmiləri Azərbaycana səfər etməməyə və Azərbaycan malları almamağa çağırış ediblər.

Qeyd edək ki, ilin əvvəlindən Azərbaycana gələn turist sayına görə Hindistan 2-ci yerdədir.

Maraqlıdır, Hindistanın Azərbaycanı boykot etməsi ölkə iqtisadiyyatına necə təsir edəcək?

“Azərbaycanın Hindistandan idxal etdiyi məhsullar başqa ölkələrdən də asanlıqla əldə oluna bilər”

Iqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan və Pakistan arasındakı siyasi münasibətlər ən yüksək səviyyədədir. Bu səbəbdən Azərbaycan Pakistana dəstək olur: “Nəzərə almaq lazımdır ki, Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. İkinci Qarabağ müharibəsində Pakistan ölkəmizə hərbi dəstək verdi və aktiv iştirak etdi. Hindistan isə Ermənistana dəstək verdi. Hindistan və Pakistan arasında yaşanan münaqişədə ölkəmiz Pakistana dəstək oldu. Hindistanın Azərbaycanı boykot etməsinə gəlincə, bildirim ki, bunun ölkəmizə elə də təsiri olmayacaq. Çünki Azərbaycan Hindistana mal ixrac etmir. Həmçinin, Azərbaycanın Hindistandan idxal etdiyi məhsullar başqa ölkələrdən də asanlıqla əldə oluna bilər. Hindistanın bizi boykot etməsi əslində onun özünə ziyandır. Biz Hindistandan kənd təsərrüfatı məhsulları, düyü və digər məhsullar alırıq. Bu məhsulları başqa ölkələrdən də əldə edə bilərik. Ancaq onu nəzərə almaq lazımdır ki, bu ölkədən bizə çoxlu sayda turist gəlir. Hindistanlıların Azərbaycana marağı artıb. Bunu statistik rəqəmlər də təsdiq edir. Hindistandan turist axını dayanarsa, bu, müəyyən qədər iqtisadiyyatımıza təsir edər. Çünki Hindistan son 1 ildə sürətlə ən çox turist göndərən ölkələr siyahısna daxil edilib. Azərbaycanda Hindistan turistlərinə sistemli şəkildə yanaşan hotellər, restoranlar var, onların gəlirliliyinə mənfi təsir edə bilər. Məlumat üçün deyim ki, 2024-cü ildə Hindistandan 240 mindən çox turist Azərbaycana gəlib. Bu, əvvəlki dövrlə müqayisədə 50 faiz artım deməkdir”.

Günel CƏLİLOVA

Seçilən
0
50
baki-xeber.com

10Mənbələr