RU

Sabah 31 dərəcə isti olacaq - Proqnoz

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, mayın 26-na Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-19° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Избранный
0
49
publika.az

10Источники