RU

Salah Premyer Liqada mövsümün ən yaxşı oyunçusu seçilib

"Liverpul"un hücumçusu Məhəmməd Salah Premyer Liqada mövsümün ən yaxşı oyunçusu seçilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

2024/2025 mövsümündə 32 yaşlı futbolçu İngiltərə çempionatının 37 matçında iştirak edib, 28 qol vurub və 18 məhsuldar ötürmə edib. Salah "Liverpul"la Premyer Liqanın qalibi olub.

Misirli hücumçu 2017-ci ildən Mersisaydlıların heyətində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 400 oyun keçirib, 244 qol vurub və 113 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.

Избранный
0
14
90deqiqe.az

10Источники