RU

Qızıl qiymətlərində sürətli yüksəliş

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) iyun fyuçersləri üzrə qızıl fyuçerslərinin qiyməti mayın 9-dan bəri ilk dəfə bir troy unsiyası üçün 3300 dolları ötüb. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Agentlik qeyd edib ki, Bakı vaxtı ilə saat 2:13-ə qızılın qiyməti bir unsiya üçün 3307 dollar (+2,91%) təşkil edib. Aprelin 22-də qızılın qiyməti yeni tarixi rekorda çatıb: Çikaqo əmtəə birjasında (CME) iyun qızıl fyuçersləri 2,3% bahalaşaraq bir unsiya üçün 3504,2 dollara çatıb. "Bloomberg" yazır ki, qızıl qiymətlərinin qalxması dolların zəifləməsi və prezident Donald Trampın ABŞ Federal Ehtiyat Sistemini tənqid etməsinin nəticəsidir.

Analitiklərin fikrincə, bu amillər "təhlükəsiz sığınacaq" kimi qızıla tələbi artırıb.

Избранный
0
1
sia.az

10Источники