Vaşinqton, 21 may, AZƏRTAC
Suriya vətəndaş müharibəsinə yaxındır.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio Senatın Xarici əlaqələr komitəsi qarşısında ifadəsi zamanı deyib.
“Açıq deyim ki, bizim qiymətləndirməmizə əsasən üzləşdikləri çətinlikləri nəzərə alsaq, Suriyada keçid hakimiyyətin dağılmasına, tammiqyaslı vətəndaş müharibəsinə və buna əsasən də ölkənin parçalanmasına bir aydan da az vaxt-həftələr qalıb,- deyə Rubio bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton