AZ

“Ölkənin parçalanmasına az qalıb” - ABŞ Suriya barədə

“Suriya vətəndaş müharibəsinə yaxındır”.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Senatın Xarici əlaqələr komitəsi qarşısında ifadəsi zamanı deyib.

“Açıq deyim ki, bizim qiymətləndirməmizə əsasən üzləşdikləri çətinlikləri nəzərə alsaq, Suriyada keçid hakimiyyətin dağılmasına, tammiqyaslı vətəndaş müharibəsinə və buna əsasən də ölkənin parçalanmasına bir aydan da az vaxt-həftələr qalıb.

Biz onlara kömək etməliyik. Biz bu hökumətin uğur qazanmasını istəyirik, çünki alternativ tammiqyaslı vətəndaş müharibəsi və xaosdur ki, bu da təbii olaraq bütün regionun sabitliyinin pozulmasına gətirib çıxaracaq.”, - deyə Rubio bildirib.

Seçilən
0
6
qafqazinfo.az

10Mənbələr