RU

Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb (FOTO)

Ağdam. Trend:

May 20-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonununKəngərli kəndinə çatıb.

Trend-in yerli müxbiri xəbərverir ki, bu mərhələdə köçürülən 207 nəfərdən ibarət 50 ailəyə yenitikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. MərasimdəAğdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan RespublikasıPrezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və MəcburiKöçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirakediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40mindən çox insan yaşayır.

Köç
Köç
Köç
Məqalədə:
Избранный
0
27
az.trend.az

10Источники