Ağdam rayonunun Kəngərli kəndinə yola salınan köç çatıb, mənzillərin açarları təqdim edilib.
“Report” xəbər verir ki, bununla Kəngərli kəndinə Bakıdan 15 ailə (65 nəfər), Ağdam rayonundan 12 ailə (47 nəfər), Bərdə rayonundan 12 ailə (45 nəfər), Yevlax şəhərindən 8 ailə (35 nəfər), Göyçay rayonundan 2 ailə (9 nəfər), Zərdab rayonundan 1 ailə (6 nəfər) olmaqla ümumilikdə 50 ailə (207 nəfər) köçürülüb.