RU

Ağdamın Kəngərli kəndinə yola salınan növbəti köç karvanı çatıb - YENİLƏNİB

Ağdamın
Ağdam rayonunun Kəngərli kəndinə yola salınan köç çatıb. 1news.az “Report”a istinadən xəbər verir ki, bununla Kəngərli kəndinə Bakıdan 15 ailə (65 nəfər), Ağdam rayonundan 12 ailə (47 nəfər), Bərdə rayonundan 12 ailə (45 nəfər), Yevlax şəhərindən 8 ailə (35 nəfər), Göyçay rayonundan 2 ailə (9 nəfər), Zərdab rayonundan 1 ailə (6 nəfər) olmaqla ümumilikdə 50 ailə (207 nəfər) köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

1news.az APA-ya istinadən xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Kəngərli kəndinə 50 ailə - 207 nəfər köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Избранный
0
6
1news.az

10Источники