RU

Həcc ziyarətinə gediş qrafiki açıqlandı

Azərbaycandan zəvvar qrupları may ayının 25-31 tarixləri arası hər gün Həcc ziyarətinə yola düşəcəklər.Metbuat.az xəbər verir ki, bu barədə Teleqraf -a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib. O bildirib ki, hər gün 1 təyyarə, yalnız ayın 29-da 2 təyyarə - səhər və axşam yola düşəcək."Bunun səbəbi təyyarələrin sərnişin daşıma tutumuyla əlaqəlidir. Belə ki, bəzi təyyarələr 180, bəziləri isə 135 nəfərlikdir".V. Cahangiri bildirib ki, mayın 25-də 4 zəvvar qrupu yola düşəcək. Hər zəvvar qrupunda 45 nəfər olmaqla cəmi 180 nəfər təşkil edir.

"Zəvvarları aparan təyyarə saat 11-də havaya qalxacaq. Həcc ziyarəti digər səfərlərdən fərqli olduğuna görə, zəvvarlara uçuşa 2-3 saat qalmış hava limanında olmalarını tövsiyə edirik. Belə ki, zəvvar qrupunun rəhbərləri onları bir araya toplayacaq və daha sonra lazimi prosedurlardan keçəcəklər", - o əlavə edib.

Избранный
0
1
metbuat.az

10Источники