AZ

Zəvvarların Həcc ziyarətinə gediş qrafiki açıqlandı

Azərbaycandan zəvvar qrupları may ayının 25-31 tarixləri arası hər gün Həcc ziyarətinə yola düşəcəklər.

 

Bu barədə Sfera.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

 

O bildirib ki, hər gün 1 təyyarə, yalnız ayın 29-da 2 təyyarə - səhər və axşam yola düşəcək.

 

"Bunun səbəbi təyyarələrin sərnişin daşıma tutumuyla əlaqəlidir. Belə ki, bəzi təyyarələr 180, bəziləri isə 135 nəfərlikdir".

 

V. Cahangiri bildirib ki, mayın 25-də 4 zəvvar qrupu yola düşəcək. Hər zəvvar qrupunda 45 nəfər olmaqla cəmi 180 nəfər təşkil edir.

 

"Zəvvarları aparan təyyarə saat 11-də havaya qalxacaq. Həcc ziyarəti digər səfərlərdən fərqli olduğuna görə, zəvvarlara uçuşa 2-3 saat qalmış hava limanında olmalarını tövsiyə edirik. Belə ki, zəvvar qrupunun rəhbərləri onları bir araya toplayacaq və daha sonra lazimi prosedurlardan keçəcəklər", - o əlavə edib.

Seçilən
0
1
sfera.az

10Mənbələr