Tanınmış şair və jurnalist Mənsur Ələkbərov vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universiteti (ATU) məlumat yayıb.
ATU rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, Mənsur Ələkbərov 1997-ci ildən Azərbaycan Tibb Universitetinin mətbu orqanı olan "Təbib" qəzetində məsul katib işləyirdi.
Bu illər ərzində yüzlərlə ədəbi-publisistik məqalələri, bədii yazıları, şeirləri dövrü mətbuatda işıq üzü görüb, onlara kitaba redaktorluq edib.
Xatırladaq ki, Ələkbərov Mənsur Abbas oğlu 13 yanvar 1963-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Subatan kəndində doğulub. İbtidai təhsilini doğma kəndində alıb. Sonra təhsilini qonşu Kərkibaş kəndində davam etdirərək 1981-ci ildə həmin məktəbi bitirib.
1988-ci ildə Azərbaycan Dövlət Universitetinin "Kitabşünaslıq və nəşr işi" fakültəsinə daxil olub və təhsilini davam etdirməklə bərabər M.F.Axundov adına dövlət kitabxanasında Elmi-metodiki şöbədə redaktor, baş redaktor vəzifələrində çalışıb.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта