"2025-ci ilin ilk 4 ayında Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı 3.4 faiz azalıb. Bu müddətdə ölkəmizə Ərəb Dövlətlərindən cəmi 117 min turist gəlib. Bu regiondan gələn turistlərin sayının azalmasında körfəz ölkələri vətəndaşlarının yeni destinasiyalara üstünlük verməsi xüsusi rol oynayıb. Bununla yanaşı, bir sıra prosedur qaydaları, turizm xidmətlərinin qiymətlərinin hələ də yüksək olması körfəz dövlətlərindən gələnlərin sayına təsirsiz ötüşməyib".
Bu barədə deputat, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
"Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən isə, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 735,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox turist gəlib. Gələnlərin 24,2 faizi Rusiya, 18,0 faizi Türkiyə, 11,0 faizi Hindistan, 9,0 faizi İran, 4,7 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Pakistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi İsrail, hər birindən 1,8 faiz olmaqla Özbəkistan və Çin, 1,5 faizi Ukrayna, 1,4 faizi Türkmənistan, 1,1 faizi Küveyt, 1,0 faizi Belarus, 11,4 faizi digər ölkələrin vətəndaşları olmuşdur.
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,8 dəfə, Tacikistandan - 2,0 dəfə, Çindən - 1,7 dəfə, İordaniyadan - 45,6 faiz, Hindistandan - 32,9 faiz, Qırğızıstandan - 32,1 faiz, İspaniyadan - 28,8 faiz, Yaponiyadan - 26,7 faiz, Pakistandan - 22,5 faiz, ABŞ-dan - 20,2 faiz, Qazaxıstandan - 17,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 16,6 faiz, Kanadadan - 15,5 faiz, Niderlanddan - 10,7 faiz, İtaliya və Misirdən - 10,0 faiz artıb.
Bu müddətdə körfəz dövlətləri ilə yanaşı, MDB ölkələrindən də gələnlərin sayında azalma qeydə alınıb. Bu birlikdən gələnlərin sayı 9.2 faiz azalıb. Avropa Birliyindən gələnlərin sayında isə cüzi artım qeydə alnıb: 1.8%.
Göründüyü kimi, Azərbaycanda gəlmə turizm üçün vacib destinasiyalardan olan Körfəz dövlətlərindən və MDB ölkələrindən gələnlərin sayında azalma qeydə alınıb. Bu, turizm sektorunun inkişafında yeni çağırışları daha da aktuallaşdırır", - deputat əlavə edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта