Bazar ertəsi Donald Trampın Vladimir Putinlə telefon danışığı heç də sıçrayış olmadı - əksinə, bu, Ukraynada müharibəyə son qoymağın indi nə qədər çətin olduğunu göstərdi.
Herbiand.az xəbər verir ki, bu barədə məlum telefon danışığı ilə bağlı şərhində CNN yazır.
“Ukrayna və Avropa müttəfiqləri danışıqlara başlamaq üçün 30 günlük atəşkəs təklif edir. Rusiya isə yekun razılaşma üzrə danışıqlarda israrlıdır - bu proses aylarla uzana bilər. Bu, Moskvaya hücumu və mülki əhalini atəşə tutmağa davam etməyə imkan verir”.
Şərh müəllifləri bildiri ki, danışıqlardan sonra Tramp bəyan edib ki, Ukrayna və Rusiya indi döyüşlərin davam etməsinə baxmayaraq, atəşkəs və nəhayət, müharibəyə son qoymaq barədə mümkün qədər tez danışıqlar aparacaqlar. Beləliklə, o, Kremlin yanaşmasını effektiv şəkildə dəstəklədi.