RU

Husilər Ben Quriona zərbədən sonra Hayfa limanını bloklamaqla hədələdilər

 Yəməndəki husilər İsrailin ən böyük şəhərlərindən biri olan Hayfa limanını dəniz blokadasına almağı planlaşdırdıqlarını açıqlayıblar, bu barədə qrupun sözçüsü məlumat verib.

Bu bəyanat husilərin Təl-Əvivdəki Ben Qurion Beynəlxalq Hava Limanına raket zərbələri endirməsindən sonra verilib. Hərəkatın hərbi nümayəndəsi Yəhya Sariə bildirib ki, zərbələrdən biri “Fələstin-2” adlı hipersəs raketi ilə həyata keçirilib.

Onun sözlərinə görə, şənbə səhəri husilər eyni zamanda İsrail hava limanına qarşı zərbə PUA-sı da göndəriblər. İsrail rəsmiləri hələlik bu açıqlamalara münasibət bildirməyiblər.

N.Təbrizli

Избранный
0
27
anews.az

10Источники