"Mən həyatım boyu səni sevirəm sözünü deməyi sevməmişəm. Mən sevgini əməllərimlə göstəməyi sevirəm. Səni sevirəm demək, elə sevməməkdir".
Paralel.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "Xəzər axşamı" verilişində deyib. Sənətçi sevirəm deyib, yarı yolda qoyanların çox olduğunu bildirib:
"Bunu həqiqətən deyirəm. O qədər sevirəm deyənlər var ki, yarı yolda sevgini atıb qaçır. Əsl sevgi, sevirəm demək deyil. Mən xanımıma sevgimi əməllərimlə göstərirəm. Sevgi edəcəyin hörmətdir, xanıma yanaşmandır, qayğısına qalmaqdır. Mən tez-tez xaricdə olan insanam, amma ailəmlə bir saniyə danışmasam, ürəyim partlayar. Tək həyat yoldaşımdan getmir söhbət, ailə üzvlərimə də o sevgini çatdırıram. Sevməsəm, heç sevgi mahnılarını oxuya bilərəm".