Xəbər verdiyimiz kimi, Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı öncəsi ölkə futbolunun əfsanələri arasında matç baş tutub.
“Qafqazinfo”nun məlumatına görə, “Premyer Liqa məşqçiləri” - “Neftçi 2000-lər” arasında keçirilən matçda “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov penalti zərbəsini dəqiq yerinə yetirib.
42 yaşlı mütəxəssis həmin anları öz instaqram hesabının hekayə bölməsində paylaşıb və daha öncə onbirmetrlik cərimə zərbəsini qaçıran 4 futbolçusunu işarələyib.
Bunların arasında Fuad Bayramov, Məqsəd İsayev, Ceyhun Nuriyev və Qismət Əliyev olub.
Rəşad Sadıqov bir növ, oyunçularına penaltini necə vurmaq lazım olduğunu əyani göstərib.