Salyanda güclü külək qovaq ağacını avtomobilin üzərinə aşırıb.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin M.Ə.Rəsulzadə küçəsində baş verib.
Qəfil başlayan güclü külək nəticəsində 50-60 illik qovaq ağacı kökündən qoparaq avtomobilin üzərinə aşıb.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub, ağac budanaraq ərazidən uzaqlaşdırılıb..