RU

Messi "İnter Mayami"nin uğursuzluğundan danışdı: Qalib gələndə...

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in müntəzəm çempionatı çərçivəsində “Orlando Siti”yə 0:3 hesablı məğlubiyyətdən sonra komandanın son nəticələrini şərh edib.

Publika.az xəbər verir ki, o, bu sözləri deyib:

“Davam etməyimiz lazımdır. Bu, bizim üçün çətin dövrdür, amma birliyimizi qoruyacağıq. Qalib gələndə bu asan olur, amma məhz belə çətin anlarda biz heç vaxt olmadığı qədər birləşməli, əsl komanda olmalı və irəliləməliyik. Çünki lazım olan hər şey bizdə var. Gələcəyi düşünəcəyik və növbəti oyuna hazırlaşacağıq”.

Qeyd edək ki, “İnter Mayami” bütün turnirlərdə keçirdiyi son yeddi oyunun yalnız birində qalib gəlib. MLS-dəki 14 turdan sonra komanda 22 xalla şərq Konfransında altıncı pillədə qərarlaşıb.

Избранный
0
14
publika.az

10Источники