RU

Fərdi sahibkarlara və hüquqi şəxslərə 10 milyon AZN-dək avadanlıq krediti imkanı

Kapital Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün dövriyyə vəsaitlərinin maliyyələşdirilməsinə yönəlmiş avadanlıq kreditləri təklif edir.

Finss.az xəbər verir ki, kreditin məbləği 5 000 AZN-dən başlayaraq 10 milyon AZN-ədək müəyyən olunur. Kredit müddəti 10 ilədək, illik faiz dərəcəsi isə 5%-dəkdir. Kredit üzrə güzəşt müddəti ümumi müddətin yarısına qədər tətbiq edilə bilər.

200 min manatadək kreditlər üçün sahibkarlıq subyektindən investisiya layihəsinə dair məlumat, 200 min manatdan yuxarı məbləğlər üçün isə biznes plan tələb olunur. Bundan əlavə, sahibkarın fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin surətləri də təqdim edilməlidir.

Ətraflı məlumat üçün keçid: //birbank.business/kreditler/sif-kreditleri/avadanliq-krediti?id=2

Fuad Mədətov
Finss.az

Избранный
0
40
fins.az

10Источники