AZ

İstənilən bölgədə ev tikmək üçün maliyyə həlli

Kapital Bank çıxarışlı torpaq sahəsində fərdi yaşayış evi tikmək istəyən şəxslərə ev tikinti ipotekası təklif edir.

Finss.az xəbər verir ki, bu məhsul ölkənin istənilən ərazisində ev tikintisini maliyyələşdirməyə imkan verir.

İpoteka krediti üzrə ilkin ödəniş 15%-dən, illik faiz dərəcəsi isə 17.5%-dən başlayır. Kreditin məbləği 20 000 AZN-dən 250 000 AZN-ə qədər müəyyən olunub.

Ev tikmək üçün maliyyə dəstəyi axtaran vətəndaşlar Kapital Bank-ın bu məhsulundan yararlanaraq mərhələli şəkildə tikinti işlərini həyata keçirə bilərlər.

Ətraflı məlumat üçün keçid: //ipoteka.birbank.az/az/mortgage/internal/item/25

Fuad Mədətov
Finss.az

Seçilən
0
40
fins.az

10Mənbələr