RU

Ermənistan parlamentinin sədri: Rusiya hərbi bazasının çıxarılmasını müzakirə etmirik


Ermənistan öz ərazisində yerləşən Rusiya hərbi bazasının çıxarılması ilə bağlı danışıqlar aparmır və müzakirə etmir.


APA Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan bildirib.

Onun sözlərinə görə, Rusiyanın 102-ci hərbi bazasının Gümrüdə olması mövzusu “gündəmdə deyil” və “hökumət strukturlarında rəsmi olaraq müzakirə olunmur”.

Elnur Babayev

Избранный
0
10
apa.az

10Источники