RU

Anita Dimitriu: Kipr Bakı və İrəvan arasında sülh sazişi mətninin razılaşdırılmasını dəstəkləyir

Kipr Ermənistan və Azərbaycan arasında sülh sazişi mətninin razılaşdırılmasını dəstəkləyir.

"Report" erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Kipr Nümayəndələr Palatasının sədri Anita Dimitriu mayın 19-da İrəvanda Ermənistan parlamentinin spikeri Alen Simonyanla birgə mətbuat konfransında bildirib.

"Sülh olduqda hər bir ölkə çiçəklənir və inkişaf edir", - o bildirib.

A.Dimitriu qeyd edib ki, sülh sazişinin imzalanması Ermənistana Avropa İttifaqına daxil olmaq yolunda addım atmağa imkan verəcək.

Избранный
0
50
report.az

10Источники