AZ

Kallas: Aİ Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanmasını gözləyir

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasını gözləyir.

 

Senzor.az bildirir ki, bunu Albaniyada  jurnalistlərə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

 

K.Kallas hesab edir ki, Bakı və İrəvan sazişi əldə etməyə çox yaxındırlar: "Düşünürəm ki, sülh sazişinin tezliklə imzalanması bütün tərəflərin maraqlarına cavab verir".

 

O vurğulayıb ki, "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüş planlaşdırır: "Mən burada Ermənistanın baş naziri ilə görüşəcəyəm. Mən həmçinin Ermənistana gedəcəyəm. Hesab edirəm ki, regionda gərginliyin azaldılması üçün nə edə biləcəyimiz barədə düşünmək də vacibdir".

Seçilən
0
50
senzor.az

10Mənbələr