RU

Kiçik və orta biznesə 250 000 manatadək onlayn kredit təklifi

“PAŞA Bank” ASC sahibkarlar üçün onlayn şəkildə rəsmiləşdirilə bilən yeni biznes kreditini təqdim edir.

Finss.az xəbər verir ki, kredit məhsulu girovsuz təqdim olunur və bütün biznes sahələri üçün əlçatandır.

Kreditin illik faiz dərəcəsi 12%-dən başlayır. Maksimal kredit məbləği 250 000 manat təşkil edir. Müştərilər kredit vəsaitini müraciətdən cəmi 2 saat sonra hesablarında əldə edə bilirlər.

Kredit rəsmiləşdirilməsi zamanı birdəfəlik 1% komissiya tətbiq olunur. Onlayn müraciət prosesi PAŞA Bankın rəsmi internet səhifəsi və ya mobil tətbiqi vasitəsilə həyata keçirilə bilər.

Bu məhsul kiçik və orta sahibkarlığın çevik maliyyələşdirilməsi və biznesin fasiləsiz fəaliyyəti üçün nəzərdə tutulub.

Ətraflı məlumat üçün keçid: //sme.pashabank.az/onlayn-biznes-kredit?utm_source=direct&utm_medium=Pashabank.az

Fuad Mədətov
Finss.az

Избранный
0
50
fins.az

10Источники