AZ

Aylıq 4%-lə mənzil almaq istəyənlər üçün fürsət

“PAŞA Bank” ASC Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (ARİKZF) tərəfindən maliyyələşdirilən və Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) xətti ilə təqdim olunan güzəştli ipoteka kreditini təklif edir.

Finss.az xəbər verir ki, kredit proqramı ölkə vətəndaşlarının güzəştli şərtlərlə mənzil sahibi olmasına dəstək məqsədi daşıyır. Proqram çərçivəsində maksimum 100 000 manat məbləğində ipoteka krediti əldə etmək mümkündür.

Kreditin illik faiz dərəcəsi 4% təşkil edir. Kredit müddəti 3 ildən 30 ilədək müəyyən edilir. Alınacaq mənzilin dəyərinin minimum 10%-i qədər ilkin ödəniş tələb olunur.

Bu güzəştli ipoteka krediti MİDA tərəfindən satışa çıxarılan mənzillərin alınması üçün nəzərdə tutulub və ARİKZF-in müəyyən etdiyi şəxslər dairəsi üzrə təqdim olunur.

Ətraflı məlumat üçün keçid: //ipoteka.pashabank.az/az/ipoteka/mida/details

Fuad Mədətov
Finss.az

Seçilən
0
50
fins.az

10Mənbələr