RU

"Bitcoin"in qiyməti ucuzlaşıb

Kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti 0.68% ucuzlaşaraq 102 915 ABŞ dollar olub. Bu barədə “CoinMarketCap” platformasında qeyd olunub.

İlk beşlikdə olan XRP son sutkada 1.85%, BNB isə 1.09% ucuzlaşıb.

ABŞ Prezidenti Donald Trampın strateji kriptovalyuta ehtiyatı yaratmaq barədə fərman imzalaması fonunda Bitkoinin qiyməti 85,7 min dollara qədər enmişdi. Lakin investorların bazara güvəninin artması və tələb-təklif balansının dəyişməsi nəticəsində Bitkoin qısa müddətdə rekord həddə çatıb.

Bitkoinin qiyməti sonuncu dəfə 2024-cü il dekabrın 17-də 108,353 min dollara qədər yüksələrək bütün zamanların ən yüksək həddinə çatmışdı.

Aytac

Избранный
0
29
anews.az

10Источники