AZ

Robert Kiyosaki: "Bitcoin qiyməti 140% artacaq"

Finss.az - İqtisadçı Piter Şiffin apardığı sorğuya qatılanların əksəriyyəti hesab edir ki, Bitcoin qiyməti qızılın qiyməti ilə birlikdə artacaq.

Bu, səhm bazarının düşməsi fonunda baş verir.

Hazırda qızılın qiyməti 45 dollar artaraq təxminən 3,250 dollar səviyyəsindədir. Nasdaq maliyyə fyuçersləri isə 1% ucuzlaşıb. Maraqlıdır ki, Bitcoin qiyməti digər riskli aktivlərin qiyməti ilə eyni vaxtda düşmür, əksinə, qızıl kimi bahalaşır. Piter Şiff qeyd edir ki, əgər qızılın qiyməti artmağa davam edərsə, Nasdaq fyuçersləri isə ucuzlaşarsa, Bitcoinin qiymətində necə dəyişiklik baş verəcək?

Sorğuya 2,154 nəfər cavab verib və onların 60.5%-i Bitcoin qiymətinin qızıl ilə birlikdə artmağa davam edəcəyini düşünür. Ekspertlər bildirirlər ki, kriptovalyutaya verilmiş “rəqəmsal qızıl” statusu onu bazar qeyri-müəyyənliyi və iqtisadi problemlər zamanı cəlbedici edir.

2025-ci ilin əvvəlindən bəri Bitcoin qızıldan geridə qalır: Bitcoin 12%, qızıl isə 23% bahalaşıb. Bununla belə, investor Robert Kiyosaki yaxın gələcəkdə Bitcoinin qiymətinin sürətlə artacağına inanır və kripto icmasını BTC-lərini saxlamağa çağırır. O, bu il üçün Bitcoinin qiymətini 250,000 dollar səviyyəsinə qədər artacağını proqnozlaşdırır. Əgər bu proqnoz reallaşarsa, Bitcoin qiyməti hazırkı səviyyədən 140% artacaq.

Seçilən
0
29
fins.az

10Mənbələr