ABŞ-ın sabiq prezidenti Co Baydenə aqressiv xərçəng diaqnozu qoyulub.
Vətəninfo.az xəbər verir ki, bu haqda CNN məlumat yayıb.
Siyasətçinin ofisindən bildirib ki, Bayden keçən həftə sidik problemləri ilə bağlı müayinə olunub. Müayinə zamanı Baydenə sümüklərə metastaz verən prostat xərçəngi diaqnozu qoyulub.
Xərçəng aqressivdir, lakin həkimlər onun müalicə oluna biləcəyinə inanırlar. 82 yşlı Baydenin ailə üzvləri indi müalicə variantlarını nəzərdən keçirir.