RU

Azərbaycanda minik avtomobilləri istehsalı iki dəfəyə yaxın artıb

Azərbaycanda bu ilin yanvar-aprel aylarında 1 824 ədəd minik avtomobili istehsal edilib.

Bu barədə "Unikal" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 876 ədəd və ya 92,4% çoxdur.

Eyni zamanda cari ilin yanvar-aprel aylarında ölkədə 33 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2024-cü ilin eyni ayları ilə müqayisədə 221 ədəd və ya 7,7 dəfə azdır.

Bundan başqa, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin ilk dörd ayında traktorların istehsalı 34 ədəd və ya 14,6% azalaraq 199 ədədə bərabər olub.

Qeyd edək ki, Azərbaycanda maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvar-aprel aylarında 205,8 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 26,6% artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 3,9% azalıb.

Избранный
0
4
unikal.az

5Источники