Bu ilin yanvar-aprel aylarında ölkədə 1824 ədəd və ya 2024-ci ilin müvafiq ayları ilə müqayisədə 876 ədəd və yaxud 92,4 % çox minik avtomobili istehsal olunub.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu il mayın 1-nə ölkədə 138 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə Azərbaycanda 205,8 milyon manat dəyərində maşın və avadanlıqlar, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 2024-ci ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 26,6 % artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,9 % azalıb.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 199 ədəd traktor istehsal edilib. Bu, 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 14,6 % azdır. Nəticədə, bu il mayın 1-nə ölkədə 10 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Həmçinin, bu ilin ilk 4 ayında Azərbaycanda 33 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2024-ci ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə 87 % azdır. Nəticədə, bu il mayın 1-nə ölkədə 13 ədəd hazır məhsul ehtiyatı yaranıb.