RU

Unudulmaz Qənirə Paşayevadan Türk dünyasına həsr olunmuş son ekran salnaməsi - VİDEO

Unudulmaz

İctimai-siyasi və yaradıcı fəaliyyəti ilə yalnız Azərbaycanda deyil, bütün Türk dünyasında dərin iz buraxmış Qənirə xanım Paşayevanın ekranlarımızda əks olunacaq son çoxbölümlü layihəsi – “Addım-addım Türkiyə”- Kastamonu sənədli filmi izləyicilərlə görüşünü davam etdirir.Bu möhtəşəm ekran işi, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunaraq, qardaş ölkənin tarixini, mədəniyyətini və ruhunu addım-addım lentə alır. Layihənin yeni bölümü isə Kastamonu şəhərinə ithaf olunub – qədim türk nəfəsinin, milli dirənişin və zəngin irsin vətəni olan bu bölgə, film vasitəsilə tamaşaçılara həm vizual zövq, həm də dərin duyğular yaşadır.Qənirə Paşayeva bu layihə ilə yalnız bir sənədli film yaratmayıb – o, bir mədəni körpü, bir xatirə yadigarı və iki xalq arasında könül bağı qoyub. Onun kamerası ilə təqdim olunan Kastamonu, sanki tarixlə nəfəs alır, mədəniyyətlə danışır...✍️"Ulusum".az

Diqqət Çəkənlər

Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb

Çörək Zavodu Tük İddialarına Cavab Verdi

Qəzzanın cənubunda HAMAS lideri Mühəmməd Sinvarın cəsədi aşkarlandı - FOTO

Избранный
0
ulusum.az

1Источники