Uzun zamandır sağlamlığında yaranan ciddi problemlərə görə sənətdən uzaq düşən müğənni Mirkamil Kamilovdan üzücü xəbər gəlib.
News24.az azxeber.com-a istinadən xəbər verir ki, onun təcili ürək əməliyyatı olunacağı bildirilib.
Bu haqda müğənninin sənət dostu, xanəndə Eldəniz Məmmədov sosial şəbəkədə yazıb.
Mirkamilin maddi köməyə ehtiyacı olduğunu bildirən xanəndə, yardım üçün izləyicilərinə müraciət edib.