RU

İsrail İordaniya ilə sərhəddə təhlükəsizlik divarı inşa edəcək

BAKI, 19 may. TELEQRAF

İsrailin Təhlükəsizlik Kabineti müdafiə naziri İsrael Katzın İordaniya ilə şərq sərhədi boyunca yüksək texnologiyalı təhlükəsizlik divarının inşası, həmçinin İordan çayı vadisində İsrailin mövcudluğunun gücləndirilməsi ilə bağlı planını təsdiq edib.

Teleqraf “The Times of Israel”ə istinadən xəbər verir ki, icrasına iyun ayında başlanması planlaşdırılan layihə 425 kilometr uzunluğunda çoxsəviyyəli müdafiə sistemini əhatə edəcək.

Dəyəri 5,2 milyard şekel (1,4 milyard ABŞ dolları) olan təşəbbüsün 3 il ərzində reallaşdırılacağı və fiziki divarı qabaqcıl sensorlar, mobil hərbi bölmələr və komanda infrastrukturu ilə birləşdirəcəyi gözlənilir.

Plan həmçinin hərbi hazırlıq akademiyalarını və milli xidmət strukturlarını əhatə edən "milli missiya mərkəzləri"nin yaradılması ilə İsrailin bu regionda mövcudluğunun gücləndirilməsini nəzərdə tutur. Rəsmilərin sözlərinə görə, bu addım "İranın İsrail ərazisinə silah qaçaqmalçılığı etmək və İordaniya vasitəsilə yeni terror cəbhəsi yaratmaq cəhdlərini dayandıracaq".

İşlərə ümumi uzunluğu 80 kilometr olan iki prioritet sahədə başlanılacaq. Divarın qalan hissəsinin planlaşdırılması isə davam edir.

Избранный
0
1
teleqraf.com

2Источники