Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Sürücü Yasin Yaqubovun idarə etdiyi “VAZ” markalı avtomobil piyada, 1989-cu il təvəllüdlü Elman Hüseynovu vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.