RU

İsrail ordusu Qəzzada böyük quru əməliyyatına başladı

İsrail Müdafiə Qüvvələri ( İDF ) "Gideonun döyüş arabaları" əməliyyatı çərçivəsində Qəzza zolağında genişmiqyaslı quru əməliyyatlarına başlayıb.

Publika.az xəbər verir ki, bu barədə İDF "Telegram" kanalında məlumat verilib.

“Son sutka ərzində Cənub Komandanlığının komandanlığı altında olan İDF qoşunları, o cümlədən çağırışçılar və ehtiyatda olan hərbçilər "Gideonun döyüş arabaları" əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənubunda genişmiqyaslı quru əməliyyatlarına başlayıblar", - məlumatda deyilir.

İDF əlavə edib ki, İsrail əsgərləri lazım gəldikdə Qəzza zolağında yerləşən terror təşkilatlarına qarşı əməliyyatları davam etdirəcək.

Mayın 13-də İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail ordusu HƏMAS-ı tamamilə məğlub etmək üçün yaxın günlərdə Qəzza zolağına “tam qüvvə ilə” daxil olacaq. Hökumət başçısı əlavə edib ki, ölkə qələbə qazanana qədər mübarizəni dayandırmayacaq.

Избранный
0
50
publika.az

10Источники