Bakı. Trend:
İran Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezlikləimzalanmasını istəyir.
Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçibu gün (17 may) Tehranda Ermənistan Təhlükəsizlik Şurasının katibiArmen Qriqoryanla görüşdə deyib.
Onun sözlərinə görə, İranın Azərbaycan və Ermənistanla yaxşımünasibətləri var. İran iki ölkə arasında sülh sazişini regionalstabilliyin təsbit olunması və hərtərəfli inkişaf prosesinə köməkhesab edir.
Araqçi deyib ki, İran bu sənədin imzalanması və icra olunmasıprosesinin sürətləndirilməsinə kömək məqsədilə heç bir səyiniəsirgəməyəcək.
Qeyd edək ki, İran tərəfi Cənubi Qafqazda stabilliyin xaricimüdaxilələr olmadan region ölkələri tərəfindən təmin olunmasınıbildirir. İran dəfələrlə qeyd edib ki, iki ölkə arasındadanışıqların irəliləməsinə istənilən köməyi etməyə hazırdır.