Fransa Azərbaycan və Ermənistanın yekun sülhə nail olmaq və sülh sazişi imzalamaq səylərini dəstəkləyir.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin sammitinin plenar iclasında çıxışı zamanı bildirib.
“Biz bu mühüm sənədin – sülh sazişinin imzalanması yolunda hər iki tərəfi tam dəstəkləyirik”, – o vurğulayıb.