BAKI, 11 may. TELEQRAF
Şri-Lankada avtobusun uçuruma düşməsi nəticəsində 16 nəfər həyatını itirib, 20 nəfər isə xəsarət alıb.
Teleqraf TASS-a istinadən xəbər verir ki, hadisə Şri-Lanka Nəqliyyat İdarəsinə məxsus avtobusun Kataragamadan Kurunegalaya səfər etdiyi zaman baş verib.
Avtobus yoldan çıxaraq əsas avtomobil yolunda uçuruma düşüb. Həlak olanların şəxsiyyəti müəyyənləşdirilməyib.
Hadisənin səbəbləri isə araşdırılır.